Tərtərdə gəlirli sahə olan arıçılıq inkişaf edir
22.01.2018 [16:03]
Xəbərin mətni
Arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını şərtləndirən başlıca amillərdəndir.
Son illər respublikamızda arıçılığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da kənd təsərrüfatının digər sahələri kimi arıçılıq ilbəil inkişaf edir.