Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb

24.01.2018 [11:24]

Xəbərin mətni
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Xəlid Əl Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və rəğbət hissini dövlətimizin başçısına çatdırdı. O, Kralın Azərbaycan Prezidentinin bu yaxınlarda ona göndərdiyi məktubdan böyük məmnunluq hissi keçirdiyini bildirdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI