Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
24.01.2018 [11:31]
Xəbərin mətni
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Metyu Piqas “Lazard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirdi. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğuladı.