Azərbaycan Prezidenti İlham Əliyev Davosda “IBM” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24.01.2018 [14:28]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, xanım Cinni Rometti Azərbaycan ilə əməkdaşlığın uğurlu olduğunu, “IBM” şirkətinin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda birgə müəssisə yaratdığını vurğuladı.