Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
25.01.2018 [14:38]
Xəbərin mətni
Azərsu” Açıq Səhmdar Cəmiyyəti Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Ağcabədi şəhərində 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.