Azərbaycan Dövlət İnformasiya Agentliyi

Babək prospekti yenidən qurulur

02.02.2018 [19:11]

Xəbərin mətni
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, agentlik paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 8,7 kilometr olan Babək prospektinin yenidən qurulması işlərini yüksək keyfiyyətlə davam etdirir.