Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib
06.02.2018 [14:31]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda iqtisadi sahədə əldə edilmiş nailiyyətlər, həyata keçirilmiş uğurlu islahatlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı.