Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Çinin "Kəmər və Yol" təşəbbüsünü dəstəkləyir

07.02.2018 [10:58]

Xəbərin mətni
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Çinə səfəri çərçivəsində İpək Yolu Fondunun prezidenti Vanq Yanci ilə görüşündə deyib. Nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı imzalanmış "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair sənədi xatırladaraq Azərbaycanın bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən olduğunu diqqətə çatdırıb.