Ağcabədi rayonunda 18 km uzunluğu olan yol yenidən qurulur
08.02.2018 [11:40]
Xəbərin mətni
Yerli əhəmiyyətli yolların yenidən qurulması layihələri çərçivəsində Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz buna görə yolun əsaslı şəkildə bərpası yolboyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin sevincinə səbəb olub.