MƏDƏNİYYƏT


Kəlbəcər mətbəxi: Dəvədabanı dolması

Azərbaycanda 300-dən artıq növü məlum olan dolmanın bu gün kəlbəcərlilər 90-dan artıq çeşidini bişirirlər. Əslində yalnız Kəlbəcərdə bu qədər çeşiddə dolmanın hazırlanması həmin bölgənin zəngin təbiəti, qədim mətbəx ənənələri və süfrə mədəniyyəti ilə bağlıdır. Dəvədabanı dolması da kəlbəcərlilərin hazırladığı xoş ətri və dadı ilə seçilən dolmalarından biridir.