CƏMİYYƏT


Ziya Bünyadov prospektində təmir-tikinti işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tədbirlər çərçivəsində Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinədək olan istiqamətdə sıxlığın azaldılması məqsədilə təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eninin böyüdülməsi məqsədilə döngə hissələrdə və hərəkət istiqaməti üzrə hər iki tərəfdə genişləndirmə işləri aparılır.