Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının yekunlarına dair mətbuat konfransı keçirilib
15.02.2018 [19:29]
Xəbərin mətni
Azərbaycan təbii qazı bu il Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 15-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının yekunlarına dair mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib.