Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar başlayıb

19.02.2018 [15:32]

Xəbərin mətni
Fevralın 19-da 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar başlayıb. AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Cahangir Məmmədov bildirib ki, bu kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI