CƏMİYYƏT


Biləsuvarın Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu yenidən qurulur

“40 yol layihəsi” çərçivəsində ötən il başa çatan 52 kənd və qəsəbələrarası avtomobil yollarının ardınca 2018-ci ilinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yeni yol infrastrukturu layihələri ilə başlayıb. Bu il ən azı 600 kəndin yolları da daxil olmaqla ümumilikdə 2300 km avtomobil yollarının yenidən qurulması planlaşdırılıb. Onlardan biri də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yoludur.