Xocalı soyqırımının ildönümü ilə əlaqədar Vyanada aksiya keçirilib
24.02.2018 [21:21]
Xəbərin mətni
Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi fevralın 24-də Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Qraben küçəsində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.
Küçədə qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib.