RƏSMİ


Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro Azərbaycanda yəhudi icmasının nümayəndələri üçün çox yaxşı şəraitin yaradıldığını qeyd edərək, bunun digər ölkələrə də nümunə olduğunu vurğuladı.