Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

26.02.2018 [19:14]

Xəbərin mətni
Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 26 ili tamam olur. Fevralın 26-da bununla bağlı minlərlə insan Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunun ərazisində ucaldılmış abidəni ziyarət edib.