RƏSMİ


Prezident İlham Əliyev Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, nazir Nasser Bourita Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin dövlətimizin başçısına salamlarını və Azərbaycan Respublikası Prezidentinə və ölkəmizə ən xoş arzularını çatdırdı.