Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samuxda iki avtomobil yolu yenidən qurulur

05.03.2018 [16:12]

Xəbərin mətni
Kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 30,9 kilometr olan iki avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Bu 18,2 kilometrlik Çobanabdallı-Lək-Əlibayramlı və 12,7 kilometrlik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır.