CƏMİYYƏT


Ağstafada üzümçülüklə məşğul olan fermerlər yaza hazırlaşırlar

Ağstafada üzümçülüklə məşğul olan fermerlər yaza hazırlaşırlar. Hazırda üzüm bağlarında quru budama işləri aparılır. Üzümçülük kənd təsərrüfatının gəlirli sahələrindən biri olduğu üçün fermerlərin bu sahəyə marağı ilbəil artmaqdadır. Fermer Asif Allahverdiyev AZƏRTAC–ın bölgə müxbiri ilə söhbətində bildirib ki, havaların əlverişli keçməsi üzüm bağlarında mövsümi işləri görməyə şərait yaradır. Hazırda plantasiyalarda quru budama işləri aparılır. Tənəklərin yararsız hissələri kəsilib atılır, dirəklərin yenilənir və təmir işləri görülür.