Aqrar Universitetin alimləri Göyçayda bitkiçiliklə məşğul olan fermerlərlə görüşüblər
09.03.2018 [19:00]
Xəbərin mətni
Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndə heyəti Göyçaya səfər çərçivəsində rayonda fəaliyyət göstərən torpaq mülkiyyətçiləri və fermerlərlə görüşüb.
Ali təhsil ocağının təcrübəli mütəxəssisləri əvvəlcə Göyçayın Cəyirli və Ləkçiplaq kəndlərindəki fermer təsərrüfatlarına baş çəkib, aqrotexniki becərmə ilə bağlı tövsiyələr veriblər.