SİYASƏT


Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib

Martın 10-da Bakıda Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. İştirakçılar ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.