Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb
12.03.2018 [13:52]
Xəbərin mətni
Banqladeşin “US-Bangla” özəl aviaşirkətinin sərnişin təyyarəsi Katmandu beynəlxalq aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarə eniş zamanı aeroportun şərqindəki futbol meydançasına düşüb.
Qəzadan dərhal sonra təyyarə yanmağa başlayıb. Hakimiyyət orqanları qəza nəticəsində ölənlərin olduğunu ehtimal edirlər. Lakin bununla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.