RƏSMİ


Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Giorgi Kvirikaşvilini qarşıladı. Sonra rəsmi foto çəkdirildi. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşü oldu.