Azərbaycan Dövlət İnformasiya Agentliyi

Giləzi–Xızı–Fındığan avtomobil yolunun tikintisi aparılır

12.03.2018 [16:12]

Xəbərin mətni
Xızı rayonunun Giləzi–Xızı–Fındığan avtomobil yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır. Başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 34-cü kilometrindən götürən Fındığan yolunun uzunluğu 5 kilometr olmaqla, IV texniki dərəcəlidir.