Bərdədə 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur
13.03.2018 [15:40]
Xəbərin mətni
Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolu yenidən qurulur.
Uzunluğu 17,5 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir.