Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məşhur fizik Stiven Hokinq vəfat edib

14.03.2018 [11:17]

Xəbərin mətni
Məşhur britaniyalı fizik Stiven Hokinq Kembricdəki evində vəfat edib. Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olub. 1963-cü ildə ona amiotrofik skleroz diaqnozu qoyulub. Bundan 22 il sonra sətəlcəm olmuş alim daha sonra traxeostomiya keçirib və nəticədə danışmaq qabiliyyətini itirərək nitq sintezatorundan istifadə edib.