RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Prezidenti İlir Meta ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb. AZƏRTAC xəbər verir ki, iki il əvvəl Albaniyanın spikeri kimi Azərbaycana səfər etdiyini xatırladan İlir Meta prezident vəzifəsində ilk dəfədir ölkəmizə gəldiyini bildirdi. Bu səfərdən məmnunluğunu ifadə edən Albaniya Prezidenti VI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxundu.