RƏSMİ


Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Moldova Respublikasının Prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Moldova Prezidenti İqor Dodonun VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Moldova Prezidentinin ötən il Bakıya səfərini və onunla beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırladı.