Azərbaycanın Qazaxıstandakı səfirliyində Novruz bayramı qeyd edilib
17.03.2018 [13:00]
Xəbərin mətni
Tədbir çərçivəsində Azərbaycanın istehsal etdiyi məhsullar, ölkəmiz haqqında müxtəlif nəşrlər nümayiş olunub. Qonaqların diqqətini qədim Azərbaycan xalçalarından ibarət sərgi və kompozisiya cəlb edib. Xalçaların üzərində mis qablar, milli musiqi alətləri və digər eksponatlar tədbir iştirakçılarında Azərbaycanın zəngin mədəniyyətinə marağını daha da artırıb.