Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda “Leyli və Məcnun” operası nümayiş etdirilib

23.03.2018 [14:08]

Xəbərin mətni
Martın 22-də dünya şöhrətli “Leyli və Məcnun” operasının Vaşinqton şəhərində premyerası olub. Yeni versiyada böyük uğurla təqdim olunan görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin operası ABŞ-ın məşhur Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib. AZƏRTAC xəbər verir ki, operadakı ifaları iştirakçılara Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova çatdırıblar.