Türkiyədə avtobus qəzası: 4 sərnişin ölüb, 37 nəfər xəsarət alıb
24.03.2018 [12:11]
Xəbərin mətni
Türkiyənin Aksaray vilayətində sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər həlak olub, 37 nəfər xəsarət alıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, xəsarət alanlar dərhal Aksaray şəhərindəki xəstəxanalara yerləşdiriliblər.
İstanbul-Adıyaman marşrutu üzrə hərəkət edən avtobus Aksaray-Ankara magistralının 30-cu kilometrliyində sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya uğrayıb.