Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyəzən rayonunda 7 min hektara yaxın suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub

29.03.2018 [18:24]

Xəbərin mətni
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər tam başa çatdıqdan sonra Siyəzən rayonunda 6 min 972 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Bununla yanaşı, layihəyə görə 5 min 992 hektar mövcud suvarılan torpaqların su ilə təminatı da yaxşılaşdırılıb.