CƏMİYYƏT


Gəncə Avtomobil Zavodunda 10 mininci traktor konveyerdən çıxıb

Bu münasibətlə aprelin 2-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində tədbir keçirilib. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə Avtomobil Zavodunun istehsal potensialının artmasının həm şəhərin, həm də respublikamızın iqtisadi inkişafı üçün böyük töhfə olduğunu deyib.