RƏSMİ


Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Zurab Pololikaşvilini Dünya Turizm Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona işində uğurlar arzuladı. Dövlətimizin başçısı Azərbaycanın Dünya Turizm Təşkilatı ilə ənənəvi uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Zurab Pololikaşvilinin ölkəmizə səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.