RƏSMİ


Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının əhəmiyyətinə toxundu.