RƏSMİ


Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-honun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Koreya Xalq Demokratik Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı.