Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda özəlləşdirmədən 1,2 milyondan çox vətəndaş faydalanıb

06.04.2018 [16:26]

Xəbərin mətni
Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox səhmdar səhm sahibi olub. Ümumilikdə 1,2 milyondan çox vətəndaşımız özəlləşdirmədən faydalanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə aprelin 6-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar” mövzusunda keçirilən regional forumda məlumat verilib.