SİYASƏT


İtaliyada təhsil alan azərbaycanlılar Serj Sarkisyanın bu ölkəyə səfərinə etiraz edirlər

Serj Sarkisyanın İtaliyaya səfərinə etiraz olaraq Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) və İtaliyada təhsil alan azərbaycanlı tələbələr bir sıra tədbirlər keçiriblər. AZƏRTAC xəbər verir ki, AİGA-nın üzləri İtaliya Prezidenti Sercio Mattarellaya, Senatın sədri Elizabetta Kastellatiyə, Deputatlar Palatasının sədri Federiko Fikoya, parlamentin hər iki palatasında təmsil olunan bütün siyasi blokların rəhbərlərinə müraciət ünvanlayaraq S.Sarkisyanla rəsmi görüşlərin nəzərdə tutulması səbəbindən onları bu şəxsin kimliyi və onun törətdiyi cinayət əməlləri barədə məlumatlandırmağı özlərinə borc bildiklərini, onun əli günahsız insanların qanına batmış qatil olduğunu qeyd edirlər.