Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə başlanılıb

09.04.2018 [17:02]

Xəbərin mətni
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan Çayqışlaq-Zərqova-Asparasti istiqamətində çəkilən yolun ümumi uzunluğu 29,6 kilometr olacaq. Tikinti işlərinə bu ilin mart ayından başlanılıb. Hazırda yol yatağının genişləndirilməsi və hamarlanması işləri həyata keçirilir. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metr təşkil edəcək.