Məzahir Pənahov: Seçkiləri işıqlandırmaq üçün KİV-lərə hər cür şərait yaradılır
09.04.2018 [19:12]
Xəbərin mətni
Azərbaycanda kütləvi informasiya vasitələri seçkilər vaxtı həmişə Mərkəzi Seçki Komissiyasının (MSK) yanında olur. KİV-lər MSK-da qeydiyyatdan keçmir, onlara seçkiləri işıqlandırmaq üçün hər cür şərait yaradılır. Xarici KİV-lər də bu statusa malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 9-da bir sıra aparıcı xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.