Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb

11.04.2018 [08:05]

Xəbərin mətni
Aprelin 11-də səhər saat 8.00-da ölkəmizin bütün ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərini açıq elan edib. O bildirib ki, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI