Necdet Ünüvar: Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdu
12.04.2018 [13:53]
Xəbərin mətni
Dünən günboyu bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədik. Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdu.
AZƏRTAC xəbər verir ki, bunu prezident seçkilərini müşahidə edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar aprelin 12-də keçirdiyi mətbuat konfransında deyib.