RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanında olub

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar. AZƏRTAC xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı əsgərləri salamladı. Azərbaycan Respublikasının dövlət himni səsləndi.