Heydər Əliyev prospektinin bir hissəsində təmir-tikinti işləri aparılır
23.04.2018 [19:16]
Xəbərin mətni
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektinin bir hissəsində -“Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”nadək olan ərazidə təmir-tikinti işləri aparılır.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri aparılan ərazinin uzunluğu 2,1 kilometr, eni isə ərazilərdən asılı olaraq 26-36 metrdir.