Ölkəmizin zəngin mədəniyyəti Vaşinqtonda nümayiş olunub
07.05.2018 [13:25]
Xəbərin mətni
Azərbaycanın ABŞ-dakı səfirliyi yenidən öz qapılarını geniş ictimaiyyətə açaraq ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirib. Səfirliyə gələn iki minə yaxın ziyarətçi arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, ABŞ-ın dövlət strukturlarında çalışan əməkdaşlar və diplomatik korpusun nümayəndələri olub.