Xocavəndli məcburi köçkünlər uzun illərdən sonra baramaçılıqla məşğul olurlar
11.05.2018 [12:48]
Xəbərin mətni
Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər uzun illərdən sonra ilk dəfə baramaçılıqla məşğul olurlar.
Xocavənd rayon Kənd Təsərrüfatı İdarəsinin sektor müdiri Akif Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ölkəmizdə baramaçılığın inkişafına göstərilən dövlət qayğısı bu sahəyə marağı xeyli artırıb. Çünki baramaçılığın inkişafı əhalinin məşğulluğunun artırılmasına, sosial rifahın yüksəldilməsinə xidmət edir.