CƏMİYYƏT


Azərbaycan məhsulları “Sial China 2018” sərgisində nümayiş etdirilir

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə meyvə şirələri, konservləşdirilmiş məhsullar, müxtəlif növ şərablar və spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay, zəfəran, quru meyvə istehsalı və sair sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkəti milli pavilyonda öz məhsullarını nümayiş etdirir. Sərgi ziyarətçiləri Azərbaycan məhsullarına, o cümlədən qurudulmuş xurma, spirtli içkilər, fındıq məhsullarına və sair böyük maraq göstərirlər.