DÜNYA


Stokholmda şahzadə Bertilə həsr olunmuş klassik avtomobil yürüşü keçirilib

AZƏRTAC xəbər verir ki, Stokholmun mərkəzində keçirilən yürüşdə böyük kolleksiya dəyəri olan 88-dən çox klassik avtomobil iştirak edib. Bundan əlavə, tədbirdə nadir motosikletlər, mopedlər, təcili yardım karetaları, polis avtomobilləri, müxtəlif illərin istehsallına aid yanğınsöndürən maşınlar, hərbi yük maşınları, İsveç monarxlarının limuzinləri, şəhər avtobusları, qayıqlar təqdim olunub. Şəhərin üzərində isə, eyni zamanda, nadir təyyarə və helikopterlər dövrə vurub.