Bakıda Azərbaycan-Qazaxıstan işgüzar görüşü keçirilib
23.05.2018 [14:24]
Xəbərin mətni
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin 2020-ci ilədək 2 dəfə artırılması barədə ötən ilin aprel ayında dövlətlərarası razılıq əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 23-də Bakıda keçirilən Azərbaycan-Qazaxıstan işgüzar görüşündə jurnalistlərə müsahibəsində “Qazax Export” SC-nin İdarə Heyətinin sədri Ruslan İskakov bildirib.